Son 24 saat ərzində dünyada 3,7 milyondan çox insan yeni növ koronavirusa (COVID-19) yoluxub.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qeyd olunur ki, bu, pandemiya başlayandan bəri ən yüksək gündəlik göstəricidir. Bundan əvvəlki antirekord yanvarın 12-də qeydə alınmışdı. Həmin tarixdə yoluxma 3.5 milyon idi.
Məlumata görə, indiyədək yoluxanların sayı 336.8 milyon, ölənlərin sayı 5.6 milyon nəfərə yaxındır.