Ermənistan ədliyyə nazirinin müavini Kristina Qriqoryan tutduğu vəzifədən azad edilib.
Modern.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın qərarı artıq Ədliyyə Nazirliyinin qanun layihəsi portalında (e-draft.am) dərc edilib.
Məlumata görə, Kristina Qriqoryan səlahiyyət müddəti fevralın 23-də başa çatan Ombudsman Arman Tatoyanı əvəz edəcək.
Ombudsman vəzifəsinə yeni namizəd Kristin Qriqoryan 1981-ci ildə Sevan şəhərində anadan olub. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. İngilis, rus, fransız, alman və ərəb dillərini mükəmməl bilir. Bitərəfdir. 2019-cu ildə o, Ermənistan ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
Ermənistanın hazırkı Ombudsmanı Arman Tatoyanın səlahiyyət müddəti bu il fevralın 23-də başa çatır.
O, Azərbaycana qarşı saərt mövqeyi, beynəlxalq təşkilatlara şikayətləri iılə tanınır.