Modern.az

Prezident monopoliya və oliqarxlardan danışdı: “Niyə ancaq eyni adamlar?”

Prezident monopoliya və oliqarxlardan danışdı: “Niyə ancaq eyni adamlar?”

21 Yanvar 2022, 15:32

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ölkəsindəki monopoliya və oliqarxiyadan danışıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tokayevin sözlərinə görə, biznesin bir əldə cəmləşməsi dövlət üçün təhlükəli tendensiyadır.
 
Prezident xatırladıb ki, İslahatlar üzrə Ali İqtisadi Şuranın iclaslarının birində o, artıq Qazaxıstanda oliqopoliya olduğunu demişdi.


"Yanvarın 11-də parlamentdə də eyni tezisi təkrar etdim. Ümid edirəm ki, burada iştirak edən hər kəs oliqopoliyanın klassik tərifini bilir. Biznesin bir əldə nəhəng şəkildə cəmləşməsi və eyni vaxtda onunla məşğul olmaq imkanı olan başqa insanlarla imkan tanınmaması bütün dövlətlər üçün ən təhlükəli tendensiyadır.

Bizdə isə bu, xüsusi qüvvə ilə özünü büruzə verirdi. Oliqopoliya ölkə iqtisadiyyatını şaxələndirmək deyil, eyni əllərdə biznesi şaxələndirmək istəyidir. Yəni, eyni şəxs və ya eyni şirkət emal edir, bankları idarə edir, bir dəstə başqa biznesi həyata keçirir, qalanları isə kənatda qalır, - Tokayev biznes nümayəndələri ilə görüşdə deyib.
 


Prezident deyib ki, biznesin monopoliyaya alınması Qazaxıstan əhalisi arasında sosial depressiya doğurub.
 

"İnsanlar sual verirlər ki, niyə bütün biznes növləri eyni əllərdə cəmləşib. Bu depressiyaya, cəmiyyətdə ədalətə inamsızlığa səbəb olur”, - deyə dövlət başçısı əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal