Modern.az

Türkiyə Suriyada 18 terrorçu zərərsizləşdirdi

Türkiyə Suriyada 18 terrorçu zərərsizləşdirdi

21 Yanvar 2022, 18:52

Türkiyə ordusu ötən gün Suriyanın Afrin şəhərində törədilən terror aktından sonra keçirilən əməliyyat zamanı PKK terror təşkilatının 18 üzvünü zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat yayıb.

 

Nazir əməliyyatların davam etdiyini bildirib.

 

Qeyd edək ki, Afrində törədilən terror aktı zamanı 5 mülki şəxs həlak olub, 34 nəfər isə yaralanıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal