Modern.az

ABŞ diplomatların ailələrini Ukraynadan çıxarır

ABŞ diplomatların ailələrini Ukraynadan çıxarır

21 Yanvar 2022, 21:23

ABŞ Dövlət Departamenti yaxın günlərdə Ukraynadakı diplomatlarının ailələrini məcburi təxliyə edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi diplomatik mənbələrə istinadən yazıb.

 

Agentlik qeyd edir ki, Ukraynadakı səfirliyin bəzi əməkdaşlarının könüllü təxliyəsi həyata keçirilə bilər.

 

Mənbələr bu barədə qərarın hələ verilmədiyini bildirib.

 

Ehtimal edilir ki, Avropa İttifaqına üzv ölkələrin səfirlikləri öz planlarını hazırlayıblar.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal