Yeni koronavirus ştamları “omicron”dan daha yoluxucu ola bilər.
Modern.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Növbəti ştam daha pis ola bilər. İnfeksiyanın yayılmasının dayandırılması hər yerdə gündəmin əsas mövzusu olmalıdır”, - deyən Quterreş qlobal peyvənd kampaniyasının davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Bundan əlavə, baş katib vaksinlərin ölkələr üzrə paylanmasının qeyri-bərabər olduğunu vurğulayıb.