Amerikalı məşhur komediya aktyoru Lui Anderson dünyasını dəyişib.
Modern.az xəbər verir ki, 68 yaşlı sənətçi müalicə olunduğu Las-Veqas xəstəxanasında vəfat edib.
Onun uzun müddət qan xərçəngindən əziyyət çəkdiyi deyilir.
Qeyd edək ki, Lui Anderson "Life with Louie" cizgi serialındakı rolu ilə populyarlıq qazanıb.