Modern.az

Almaniya və Ukrayna arasında diplomatik SKANDAL

Almaniya və Ukrayna arasında diplomatik SKANDAL

22 Yanvar 2022, 19:05

Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı Kay-Ahim Şönbax hindistanlı mütəxəssislərlə görüş zamanı Krım yarımadasının artıq Ukraynaya qayıtmayacağını bildirib.

 

O qeyd edib ki, Ukrayna NATO-ya daxil olmaq üçün alyansın bütün tələblərinə cavab verməlidir və hazırda Donbasdakı vəziyyətə görə bu, mümkün deyil.

 

Şönbax, həmçinin bildirib ki, Rusiyanın Ukraynanın digər ərazilərini də ələ keçirmək niyyətlərinə inanmır.

 

"Spiegel" qəzetinin məlumatına əsasən, Şönbax izahat üçün Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb və ölkənin Müdafiə Nazirliyi üzr istəməyin zəruriliyini qəbul edib.

 

Qəzetin yazdığına görə, Şönbaxın Hindistandakı çıxışı Almaniyaın Xarici İşlər və Müdafiə Nazirliklərinin yüksək vəzifəli rəsmilərini qəzəbləndirib.

 

Məlumatda bildirilir ki, müdafiə naziri Kristina Lambrext Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Zorn ilə danışıqlar aparıb. Tərəflər Şönbaxın dərhal sözlərinə aydınlıq gətirməsi və üzr istəməsi barədə razılığa gəliblər.

 

Ukrayna Xarici İşlər Nazirliyi vitse-admiralın açıqlamalarına aydınlıq gətirilməsini tələb edib. Nazirliyin rəsmi nümayəndəsi Oleq Nikolenko bəyanatları qəbuledilməz adlandırıb.

 

Bundan əvvəl Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynaya silahların verilməsinin Donbasdakı münaqişənin həlli üçün effektiv olmayacağını bildirib. Bunun əvəzinə Berlin Kiyevə tam təchiz olunmuş səyyar xəstəxana verəcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal