Modern.az

İranda uşaqlara da peyvənd vurulacaq

İranda uşaqlara da peyvənd vurulacaq

Dünya

22 Yanvar 2022, 19:43

İran Səhiyyə Nazirliyi 9-12 yaşlı uşaqlara koronavirus əleyhinə peyvənd vurulmasına icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə Tehran valisi Möhsün Mənsuri bildirib.

 

O, peyvəndin dozasının Səhiyyə Nazirliyi və Koronavirusla Milli Mübarizə Şurası tərəfindən açıqlanacağını deyib. Bundan əlavə, diqqətə çatdırılıb ki, peyvəndləmə könüllü olacaq və valideynlərin icazəsi əsasında həyata keçriləcək.

 

Qeyd edək ki, İranda Sinofarm, Sputnik V və AstraZeneka ilə yanaşı, yerli istehsal olan COVIRAN Bərəkət peyvəndi də istifadə edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal