Modern.az

Berluskoni namizədliyini geri götürdü

Berluskoni namizədliyini geri götürdü

23 Yanvar 2022, 00:19

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni ölkənin prezidenti olmaq üçün keçiriləcək seçkilərdə namizədliyini geri götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

 

Berluskoni sağçı partiyaların liderləri ilə görüşü zamanı dövlət başçısı postuna daha sanballı namizəd irəli sürülməsini təklif edib. Lakin siyasətçi heç bir namizədin adını çəkməyib.

 

O, 1994-cü ildə İtaliyada keçirilən parlament seçkiləri öncəsi yaradılmış Forza İtaliya siyasi hərəkatının başçısı olub. Müxtəlif fasilələrlə bir neçə dəfə İtaliyanın baş naziri olub. Berluskoni əvvələr vergi cinayətinə görə həbs edilmişdi.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal