Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 156 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında COVID-19 infeksiyası ilə əlaqədar 401 min 636 nəfərin test edildiyi, 67 min 023 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 78 min 362 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.