ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-35C qırıcısı Cənubi Çin dənizində qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.
ABŞ-ın Sakit Okean bölgəsinə cavabdeh olan 7-ci Donanmasından verilən məlumata görə, Cənubi Çin dənizində keçirilən təlim çərçivəsində "Carl Vinson" aviadaşıyıcısında yerləşdirilən F-35C döyüş təyyarəsi gəmiyə enərkən dənizə düşüb.
Pilotun katapult edərək sağ qaldığı bildirilir. Qəza nəticəsində 7 dənizçi yaralanıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Akif İsmayılov