Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 174 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında COVID-19 infeksiyası ilə əlaqədar 418 min 427 nəfərin test edildiyi, 76 min 341 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 82 min 203 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.