Modern.az

“NATO Ukraynaya qoşun yerləşdirməyəcək” - Stoltenberq

“NATO Ukraynaya qoşun yerləşdirməyəcək” - Stoltenberq

25 Yanvar 2022, 22:01

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna ətrafında baş verən hadisələrə münasibət bildirib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, baş katibin sözlərinə görə, onun rəhbərlik etdiyi alyans Ukraynaya qoşun yeritməyəcək.

 

“NATO Ukraynada qoşun yerləşdirməyəcək”, - deyən Stoltenberq dünyanı maraqlandıran suala aydınlıq gətirib.

 

O, həmçinin NATO-nun Rusiya ilə silahlara nəzarət, hərbi əməliyyatların şəffaflığı və digər təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Stoltenberq, onu da bildirib ki, NATO ABŞ-la əlaqələndirilmiş şəkildə bu həftə Rusiyanın təhlükəsizliklə bağlı təkliflərinə yazılı cavab göndərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal