Modern.az

İraqda spikerin iqamətgahına raket atıldı

İraqda spikerin iqamətgahına raket atıldı

Dünya

26 Yanvar 2022, 09:00

İraq parlamentinin sədri Məhəmməd əl-Halbusinin Ənbar əyalətindəki iqamətgahına dörd raket atılıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, raketlərdən biri Qarma rayonunda Halbusinin iqamətgahının yaxınlığına düşüb.

 

Xatırladaq ki, İraq Ali Federal Məhkəməsi yanvarın 9-da Məclis sədrinin seçilməsinin qeyri-qanuni olması barədə etirazları rədd edərək, seçkinin qanuni olduğuna qərar verib. Halbusinin namizəd olduğu səsvermədə İrana yaxın şiə qrupları iştirak etməyib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal