Modern.az

Rusiya və Çin enerji ittifaqı yaradıb

Rusiya və Çin enerji ittifaqı yaradıb

26 Yanvar 2022, 20:55

“Moskva ilə Pekin arasında əməkdaşlıq dərin və çoxşaxəlidir”.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri Andrey Denisov deyib. 

 

O, bərpa olunan enerji mənbələri və enerji xammalının emalı üzrə görülən işlərdən danışıb.

 

“Bu, Rusiya və Çin arasında artıq unikal ittifaqın yarandığını deməyə əsas verir”, - deyə diplomat mətbuat konfransında bildirib.

 

Denisov enerjini “maddi sahədə ikitərəfli əməkdaşlığın əsası” adlandırıb, Çində Rusiya təbii qazının yüksək səviyyədə saxlanılacağını proqnozlaşdırıb və bildirib ki, hazırda tərəflər mavi yanacaq təchizatı sahəsində yeni layihələri fəal şəkildə müzakirə edirlər.

 

Yanvarın əvvəlində Çinin “Zhejiang Energy” şirkəti ilə “Arctic OGP 2” arasında ildə hasil edilən 1 milyon tona qədər mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün 15 illik müqavilə imzalayıb.

 

“Qazprom” Çinə qazı “Siberian Power” boru kəməri vasitəsilə çatdırır. Yakutiyadakı Çayandin mədənindən Blaqoveşenskə (Çinlə sərhəd) təxminən 2200 kilometr uzanan birinci hissə 2019-cu ilin sonunda istismara verilib, ikincisi isə Kovikitin mədənindən Çayandin mədəninə qədər təxminən 800 kilometr uzunluğundadır. Onun da tezliklə istifadəyə veriləcəyi qeyd olunur.

 

Çinin CNPC şirkəti ilə müqavilənin şərtlərinə əsasən, 2025-ci ilə qədər tədarükün həcmi hər il ilkin gücün 38 milyard kubmetrə çatdırılmalıdır.

 

Pekinin məlumatına görə, 2021-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 35,8% artaraq rekord həddə - 146,887 milyard dollara çatıb. Çinin ixracı illik müqayisədə 33,8 faiz artaraq 67,565 milyard dollara, Çinin Rusiyadan ixracı isə 37,5 faiz artaraq 79,322 milyard dollara yüksəlib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal