Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 360 milyon nəfəri ötüb.
Modern.az Worldometer saytına istinadən xəbər verir ki, indiyədək dünya ölkələri üzrə koronavirusa 360 milyon 46 min yoluxma faktı qeydə alınıb. Bundan əlavə, virusdan ölənlərin sayı 5 milyon 636 min, sağalanların sayı isə 285 milyon 44 min nəfərə çatıb.
Qeyd edək ki, ABŞ COVID-19-a yoluxanların və ölənlərin sayına görə dünyada liderdir. Bu ölkədə yoluxma sayı 73 milyon 449 min nəfəri keçib, 894 min 880 nəfər həyatını itirib.
Virusa yoluxanların sayına görə ikinci yerdə Hindistan gəlir. Burada 40 milyon 85 min nəfərdə virus aşkarlanıb, 491 min 154 nəfər vəfat edib.
Yoluxma sayına əsasən üçüncü pillədə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində bu günədək 24 milyon 334 min nəfər virusa yoluxub, onlardan 623 min 901 nəfəri dünyasını dəyişib.