Modern.az

KTMT-dan Tacikistan və Qırğızıstana ÇAĞIRIŞ

KTMT-dan Tacikistan və Qırğızıstana ÇAĞIRIŞ

27 Yanvar 2022, 21:17

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstanı sərhəddə atəşi dərhal dayandırmağa çağırıb.

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Baş katib KTMT-nin münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazır olduğunu deyib.

Bundan əlavə, S.Zas Tacikistanın və Qırğızıstan Təhlükəsizlik Şuralarının katibləri Nasrullo Mahmudzoda və Marat İmankulov ilə telefon əlaqəsi saxlayıb.
 

“Sərhəddə yenidən toqquşmaların baş verməsi, yaralıların olması ciddi narahatlıq doğurur. Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir”, - Zas tərəfləri atəşkəsə çağırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal