Modern.az

Səudiyyənin yaranma günü dəyişdi

Səudiyyənin yaranma günü dəyişdi

28 Yanvar 2022, 00:38

Səudiyyə Ərəbistanında ölkənin yaranma tarixinin 22 fevral 1727-ci il elan edilməsi qərara alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz qərar imzalayıb.

 

Bildirilib ki, qərar dövlətin köklərinin 3 əsr əvvəl Məhəmməd bin Səud dövrünə dərin sədaqətinə əsaslanır.

 

Sənəddə deyilir ki, ilk Səudiyyə dövləti 1727-ci ildə qurulub və 1818-ci ilə qədər davam edib. Paytaxtı Diriyahdır və bu dövlət əsrlər boyu davam edən qeyri-sabitlik və parçalanmadan sonra Ərəbistan yarımadasında təhlükəsizlik və birlik qurub. 

 

Müasir dövr Səudiyyə Ərəbistanı Krallığı 23 sentyabr 1932-ci ildə qurulub və ilk kral Əbdüləziz bin Əbdürrəhman olub.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal