Modern.az

İlon Mask 21 milyard dollar itirdi

İlon Mask 21 milyard dollar itirdi

28 Yanvar 2022, 09:05

Amerikalı iş adamı İlon Mask "Tesla" şirkətinin səhmlərinin qiymətlərinin düşməsi səbəbindən 21 milyard dollardan çox vəsait itirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Forbes" reytinq cədvəlində qeyd olunub.

 

Məlumata görə,  Maskın sərvəti 21,5 milyard dollar və ya 8,84 faiz azalıb. Beləliklə, onun sərvəti hazırda 221,3 milyard dollar təşkil edir. Buna baxmayaraq, amerikalı milyarder dünyanın ən varlı adamları siyahısına başçılıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal