Modern.az

Lavrov: “Bu, Rusiyadan asılıdırsa, o zaman müharibə olmayacaq”

Lavrov: “Bu, Rusiyadan asılıdırsa, o zaman müharibə olmayacaq”

28 Yanvar 2022, 12:55

Əgər bu, Rusiyadan asılıdırsa, o zaman müharibə olmayacaq, lakin rəsmi Moskva özünün təhlükəsizlik maraqlarının gözardı edilməsinə imkan verməyəcək.
 

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov müharibə ehtimalından danışarkən deyib.

 

“Əgər bu, Rusiya Federasiyasından asılıdırsa, o zaman müharibə olmayacaq. Biz müharibə istəmirik, lakin maraqlarımıza qarşı kobud hücumlara, bunun gözardı edilməsinə də imkan verməyəcəyik”, - Lavrov “Sputnik”, “Exo Moskvı”, “Qovorit Moskva” və “Komsomolskaya Pravda” radiostansiyalarına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın Rusiyanı  sanksiyalarla hədələməsi və onların mümkün tətbiqi iki ölkə münasibətlərini pozmağa bərabər olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal