Modern.az

Putinlə Makron arasında vacib MÜZAKİRƏ

Putinlə Makron arasında vacib MÜZAKİRƏ

28 Yanvar 2022, 18:16

Rusiya Prezidenti Vladimir Putinlə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Rusiyanın təhlükəsizliyinin təminatı ilə bağlı təkliflərinə ABŞ və NATO-nun göndərdikləri yazılı cavabları müzakirə ediblər.

 

Putin qeyd edib ki, Rusiya tərəfi cavabları diqqətlə öyrənəcək və bundan sonra gələcək hərəkətləri barədə qərar verəcək.

 

Eyni zamanda, Amerika və NATO-nun cavablarında Rusiyanın NATO-nun genişlənməsinin qarşısını almaq, Rusiya sərhədləri yaxınlığında zərbə silah sistemlərini yerləşdirməkdən imtina etmək, eləcə də Avropada blokun hərbi potensialı və infrastrukturunu Rusiya-NATO əsas Aktının imzalandığı 1997-ci ildəki mövqelərə geri qaytarmaq kimi fundamental narahatlıqlarının nəzərə alınmadığı diqqətə çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal