Modern.az

Bu ölkədə siqaret qadağan edildi

Bu ölkədə siqaret qadağan edildi

28 Yanvar 2022, 18:53

Malayziya hökuməti 2005-ci ildən sonra doğulmuş insanlara siqaret və digər tütün məmulatlarının satışını qadağan etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Xairi Camaluddin Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Şurasının 150-ci iclasında məlumat verib.

 

Bu, o deməkdir ki, hazırda 17 yaşı olan malayziyalılar ömrü boyu heç vaxt qanuni olaraq tütün məmulatları ala bilməyəcəklər.

 

Malayziyada hər il 27, 200-dən adam siqaretdən qaynaqlanan xəstəliklərdən həyatını itirir. Siqaret xərçəng, ürək xəstəliyi, insult, ağciyər xəstəlikləri, şəkərli diabet və xroniki ağciyər kimi xəstəliklərə səbəb olur.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal