Modern.az

Prezident Saakaşvilini niyə əfv etmədiyini AÇIQLADI

Prezident Saakaşvilini niyə əfv etmədiyini AÇIQLADI

28 Yanvar 2022, 20:50

Gürcüstan Prezidenti Salome Zurabişvili hesab edir ki, əgər o, ölkənin keçmiş lideri Mixail Saakaşvilini əfv etsə, gürcü cəmiyyətində qütbləşmənin artmasına səbəb olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə başçısı gürcü jurnalistlərlə görüşündə danışıb.

 

"Siz mənim siyasi keçmişimi bilirsiniz, amma indi əsas məsələ bu deyil. Mən dərindən əminəm ki, belə bir addım (Saakaşvilinin əfv edilməsi) qütbləşmənin artmasına səbəb olacaq. Saakaşvilinin qayıdışı qütbləşmənin artmasına səbəb oldu”, - deyə o qeyd edib.

 

Saakaşvilini əfv etməyəcəyini dəfələrlə bəyan edən Zurabişvili 2020-ci ilin mayında Tbilisinin keçmiş meri Qiqi Uqulava və keçmiş müdafiə naziri İrakli Okruaşvilinin onun əmri ilə azadlığa buraxıldığını xatırladıb.

 

Qeyd edək ki, M.Saakaşvili Gürcüstana 2021-ci il oktyabrın əvvəlində qayıdıb, bundan sonra saxlanılıb və barəsində həbs qərarı verilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal