Modern.az

“Qorxmuram, hazıram...” - Zelenskidən Lavrova CAVAB

“Qorxmuram, hazıram...” - Zelenskidən Lavrova CAVAB

28 Yanvar 2022, 22:24

"Görüşmək istəyirəm, heç bir formatdan qorxmuram, ikitərəfli... - fərqi yoxdur, hazıram. Məni niyə Soçiyə dəvət edirsən? Xizək sürməyə?"

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərlə bağlı dəvətinə cavab olaraq deyib.

 

“Biz sadəcə nədən danışırıq? Ciddi şeylərdən. Yaxşı, onda Odessada görüşək, dənizdə üzək. Mən ciddi dialoqdan danışıram. Çox çağırışlarımız, çox sualımız var. Yaxşı, bütün sualları verməyək, biri olsun. Gəlin tutulan şəxsləri mübadilə edək”.

 

Xatırladaq ki, S.Lavrov Zelenskini Soçiyə dəvət edib.

 

“Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya, Soçiyə və yaxud Sankt-Peterburqa gəlsin", - deyə o bildirib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal