Modern.az

NATO Ukraynaya qoşun göndərməyəcək

NATO Ukraynaya qoşun göndərməyəcək

28 Yanvar 2022, 22:57

NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək.

 

Modern.az xəbər verir ki, bunu təşkilatın Baş Katibi Yena Stoltenberq deyib 

 

Onun sözlərinə görə, NATO-nun kollektiv təhlükəsizliklə bağlı Vaşinqton sazişinin 5-ci maddəsi üzv ölkələrə şamil edilir.

 

“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək. 5-ci maddə partnyor ölkəyə münasibətdə tətbiq edilə bilməz. NATO-nun öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır", - deyə Baş katib vurğulayıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal