Modern.az

ABŞ və Almaniya müdafiə nazirləri Ukraynanı müzakirə etdi

ABŞ və Almaniya müdafiə nazirləri Ukraynanı müzakirə etdi

29 Yanvar 2022, 00:57

ABŞ-ın müdafiə naziri Lloyd Oustin və almaniyalı həmkarı Kristine Lambrext Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi məlumat yayıb.

 

Oustin və Lambrext Rusiyanın Ukrayna yaxınlığı və daxilində davam edən əsassız hərbi güclənməsi ilə bağlı narahatlıqları müzakirə ediblər.

 

Hər iki nazir Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiklərini vurğulayıblar. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal