Modern.az

Dünyada yoluxma sayı 370 milyonu ötdü

Dünyada yoluxma sayı 370 milyonu ötdü

29 Yanvar 2022, 14:18

Dünyada koronavirusa yoluxanların sayı 370 milyon nəfəri ötüb.

 

Modern.az Worldometer saytına istinadən xəbər verir ki, dünya üzrə virusa yoluxanların ümumi sayı 370 milyon 235 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 669 min nəfərə, sağalanların sayı 292 milyon 717 min nəfərə çatıb.

 

Qeyd edək ki, ABŞ COVID-19-a həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderdir. Ölkədə koronavirusa 75 milyon 271 mindən çox insan yoluxub, onlardan 905 min 661 nəfəri həyatını itirib, 45 milyon 806 mindən çox insan isə sağalıb.

 

Siyahıda ikinci yerdə qərarlaşan Hindistanda 40 milyon 858 min nəfərdə COVID-19 aşkarlanıb, 493 min 218 nəfər vəfat edib. Sağalanların sayı 38 milyon 360 min nəfərdir.

 

Üçüncü pillədə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 25 milyon 40 min nəfər virusa yoluxub, onlardan 625 min 948 nəfəri ölüb, 22 milyon 162 min nəfəri isə sağalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal