İranda son sutka ərzində 11 731 nəfər koronavirusa yoluxub, daha 24 nəfər isə dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda virusdan ölənlərin sayı 132 380, yoluxanların sayı 6 322 183 nəfərə çatıb. Hazırda 1362 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qonşu ölkədə indiyədək 6 098 675 nəfər koronavirusdan sağalıb.
Qeyd edək ki, İranda bu günə qədər 131 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 16,4 milyondur.