Türkiyənin Şanlıurfa vilayətində kütləvi dava olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki qrup arasında torpaq mübahisəsi dava ilə nəticələnib.
İnsident zamanı 23 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı deyilir.
Əraziyə təhlükəsizliyin təmin olunması üçün jandarm qüvvələri cəlb olunub. Faktla əlaqədar araşdırma aparılır.