Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fevralın ortalarında Moskvaya səfər etmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə Tokayev “Xəbər-24” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, səfər zamanı Rusiya ilə uzunmüddətli müqavilələrin imzalanması planlaşdırılır.
“Çox güman ki, fevralın ortalarında, Rusiya Prezidentinin dəvəti ilə mən Moskvada səfərdə olacağam. Və biz ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığa aid çox mühüm sazişlər imzalayacağıq”, - deyə Tokayev qeyd edib.
Akif İsmayılov