Modern.az

Rusiya Belarusa raket sistemləri yerləşdirdi

Rusiya Belarusa raket sistemləri yerləşdirdi

29 Yanvar 2022, 20:38

Rusiya Belarusa “Pantsir-S” zenit raket kompleksləri yerləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

İndiyədək 10-dan çox kompleksin Belarusa yerləşdirildiyi ehtimal edilir.

 

Hər biri 12-yə qədər zenit raketi daşıya bilən və yük maşınlarına quraşdırılmış bu sistemlər təyyarələri, PUA-ları və qanadlı raketləri vurmaq üçün istifadə olunur.

 

Rusiya hərbçiləri sistemlərindən yerləşdirilməsindən sonra Belarus və Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində dislokasiya zonasına gedəcək, mövqeləri təşkil edəcək və döyüş hazırlığı vəzifəsini yerinə yetirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal