Modern.az

Türkiyə Marneuli aerodromu üçün texnikalar verdi

Türkiyə Marneuli aerodromu üçün texnikalar verdi

29 Yanvar 2022, 21:03

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrinə xüsusi texnika təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

11 ədəd təchizat maşını, iki ədəd mikroavtobus, iki ədəd traktor və digər müxtəlif texniki vasitələrdən Marneuli aerodromunun maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün istifadə olunacaq.

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze xüsusi texnikaya baxış keçirib və onların imkanları ilə tanış olub. O, logistik avadanlıqların təqdim olunmasına görə Türkiyə səfiri Fatma Ceren Yazqana təşəkkür edib.

 

Xüsusi texnika Türkiyə və Gürcüstan hökumətləri arasında hərbi maliyyə əməkdaşlığına dair imzalanmış saziş çərçivəsində təhvil verilib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal