Modern.az

“Nazarbayevlə aramızda heç bir sövdələşmə olmayıb” - Tokayev

“Nazarbayevlə aramızda heç bir sövdələşmə olmayıb” - Tokayev

29 Yanvar 2022, 21:04

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birinci dövlət başçısı Nursultan Nazarbayevlə iğtişaşlar dövründə hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsinə dair sövdələşmənin olmadığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Tokayev “Xabar 24” telekanalına müsahibəsində danışıb.

 

“Təbii ki, heç bir sövdələşmə olmayıb. Eləcə də şəxsi imtiyazlar barədə söhbət olmayıb. Təkcə o söhbət olub ki, Təhlükəsizlik Şurası sədrinin statusunu təcili həll etmək lazımdır. Gizlətməyəcəyəm, mən məsələni belə qoydum ki, millətə dərhal müraciət edərək bu andan etibarən Təhlükəsizlik şurası sədrinin özüm olduğumu bildirəcəyəm”, - Qazaxıstan Prezidenti deyib.

 

Tokayevin sözlərinə görə, bu məsələ bir göz qırpımında həll olunub: 

 

“Yanvarın 28-də “Nur Otan” partiyasının qurultayı keçirildi, mən orada çıxış etdim və Nursultan Nazarbayevin tarixi roluna qiymət verdim. Hesab edirəm, bu qiymət obyektivdir, ümidvaram ki, məhz bu qiymət əsasında insanlar gələcəyə istiqamətlənəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal