"Qazaxıstanda baş verən iğtişaşlar peşəkarlar tərəfindən planlaşdırılıb".
Modern.az xəbər verir ki, bu barədə Tokayev “Xabar 24” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, hakimiyyət dinc nümayişçilərə qarşı güc tətbiq etməyib.
Tokayev vurğulayıb ki, iğtişaşlar dövründə Qazaxıstan hakimiyyəti informasiya baxımından məğlub olub.