ABŞ-ın şərq sahillərini əhatə edən növbəti qar fırtınası səbəbindən 3500-dən çox aviareys ləğv olunub.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Fırtınaya görə 80 mindən çox insan işıqsız qalıb.
Cənubi və Şimali Karolina ştatlarında meydana gələn təbiət hadisəsi təqribən 50 milyon amerikalıya təsir göstərib və Atlantik okeanı sahilləri boyunca şimala doğru - Delaver, Nyu-Cersi və Nyu-York istiqamətində hərəkət edir. Massaçusets ştatında 79 min, Delaverdə 4 minə yaxın istehlakçı elektriksiz qalıb.
“FlightAware” portalının məlumatına görə, şənbə günü ABŞ-a gələn, ölkədən uçan və yaxud ölkə daxilində 3520 reys ləğv olunub. Bazar gününə nəzərdə tutulan 800 reysin də artıq ləğv olunduğu bildirilir.