Modern.az

Rusiya Ukrayna ilə sərhədə qan ehtiyatı TOPLAYIR

Rusiya Ukrayna ilə sərhədə qan ehtiyatı TOPLAYIR

29 Yanvar 2022, 22:38

Rusiya yaralıların müalicəsi üçün Ukrayna sərhədinə qan ehtiyatı göndərməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

ABŞ hökumətinin adı açıqlanmayan 3 rəsmisinin məlumatına görə, Rusiya bölgədəki hərbi hazırlığını genişləndirib və tibbi ləvazimatlarla yanaşı, qan ehtiyatı da tədarük etməyə başlayıb.

 

Bildirilir ki, bu addım Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığı iddialarını gücləndirir.

 

Qeyd edək ki, Rusiya Ukrayna ilə sərhədə yaxın bölgələrə 100 mindən çox hərbçi, çoxlu sayda hərbi texnika yığıb. Qərb rəsmiləri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağı barədə xəbərdarlıq edib.

 

Akif İsnayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal