İtaliyada prezident seçkilərdə səsvermənin səkkizinci turu keçirilib.
Modern.az xəbər verir ki, bu turda Sercio Mattarella yenidən prezident seçilib.
Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi”ndə keçirilən səsvermədə həm sağ-mərkəzçilər, həm də sol-mərkəzçi partiyaların namizəd göstərdiyi Sercio Mattarella lazımi səs sayını toplayaraq İtaliyanın 13-cü prezidenti olub.
Bununla da Mattarella ardıcıl ikinci dəfə prezident postuna layiq görülüb.