Modern.az

Türkiyədə polislər qəzaya düşdü: Çoxlu YARALI VAR

Türkiyədə polislər qəzaya düşdü: Çoxlu YARALI VAR

Dünya

30 Yanvar 2022, 13:22

Türkiyənin İstanbul şəhərində polisləri aparan mikroavtobus aşıb.

 

Modern.az xəbər verir ki, qəza nəticəsində 14 polis əməkdaşı xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

 

Məlumata görə, qəza İstanbulun Çatalca-Arnavutköy rayonları arasında, İstanbul hava limanı istiqamətində baş verib. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıblar. 

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB