Avropanın şimalında sürəti saatda 160 kilometrə çatan "Malik" fırtınası Şotlandiya, Danimarka, Finlandiya, Norveç və İsveçdə insanların gündəlik həyatına mənfi təsir göstərib .
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şotlandiyada fırtına səbəbiylə aşmış ağacların altında qalan 2 nəfər həyatını itirib.
Fırtına nəticəsində nəqliyyatın hərəkəti iflic olub və minlərlə evdə elektrik kəsilib.
Danimarkada şiddətli fırtınada yıxılaraq yaralanan 78 yaşlı qadın həyatını itirib.
Norveçdə evlərə, avtomobillərə və qayıqlara ciddi ziyan dəyib, güclü qar bütün Finlandiyada yol qəzalarına səbəb olub, ölkənin bəzi yerlərində avtobus və qatarların hərəkəti dayandırılıb.
Akif İsmayılov