ABŞ Senatının həm Demokratlar, həm də Respublikaçılar partiyasından olan senatorları Ukraynaya hücum halında Rusiyaya sanksiyalar tətbiq edilməsinə dair qanun layihəsi üzrə razılaşma əldə etməyə yaxındırlar.
Modern.az xəbər verir ki, bu barədə senator Robert Menendes məlumat verib.
Digər senator Ceyms Riç qeyd edib ki, bəzi sanksiyalar işğaldan əvvəl də tətbiq edilə bilər.
“Mən deyərdim ki, biz artıq finiş xəttinə çatmışıq və ümid edirəm ki, işi uğurla başa vuracağıq. Şübhə yoxdur ki, bizim Ukraynaya inanılmaz ikitərəfli dəstəyimiz var", - deyə senator vurğulayıb.
Akif İsmayılov