Modern.az

Paşinyan prezidentliyə namizədini dəyişdi

Paşinyan prezidentliyə namizədini dəyişdi

30 Yanvar 2022, 21:36

Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi partiyası ölkə prezidenti postuna hazırkı yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryanın namizədliyini irəli sürə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Haykakan Jamanak” qəzeti yazıb.

 

Daha əvvəl partiya prezidentliyə baş nazir aparatının rəhbəri Araik Arutyunyanın namizədliyini irəli sürmüşdü. Lakin bu qərar ictimaiyyət arasında ciddi narazılığa səbəb olub.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verib. O, buna səbəb kimi ölkənin daxili və xarici siyasi qərarlarına təsir edə bilmədiyini göstərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal