Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryanın hakim partiyadan prezidentliyə namizədliyi hələlik təsdiqləməyib.
Modern.az-ın məlumatına görə, bu barədə nazir özü açıqlama verib.
“Bu şərtlər daxilində güman etmək olar ki, mən bu siyahıda ola bilərəm. Nəzərə alsaq ki, hökumətin, siyasi komandanın üzvü kimi mənim namizədliyimi irəli sürmək olar", - Xaçatryan qeyd edib.
Xaçatryan qeyd edib ki, 2017-ci il seçkilərindən sonra partiya fəaliyyətini dayandırıb. O, özünü bitərəf hesab edir, lakin Ermənistan Milli Konqresi partiyasından çıxmaqla bağlı rəsmi bəyanatlara ehtiyac olub-olmadığını aydınlaşdırmaq lazımdır.
Qeyd edək ki, bir müddət əvvəl baş nazir Nikol Paşinyanın ailəsinə məxsus "Haykakan Jamanak" qəzeti Xaçatryanın prezidentliyə namizəd kimi irəli sürülməsi barədə məlumat tirajlayıb.
Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, mövcud Konstitusiya onun potensialından daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir.