Modern.az

Hersoqun BƏƏ-yə ilk səfərində nələr müzakirə olundu?

Hersoqun BƏƏ-yə ilk səfərində nələr müzakirə olundu?

31 Yanvar 2022, 17:11

BƏƏ-nin vitse-prezidenti, ölkənin baş naziri, Dubay Əmirliyinin hakimi Məhəmməd bin Rəşid Əl Məktum Dubayda keçirilən “Expo 2020” ümumdünya sərgisi çərçivəsində İsrail Prezidenti İshak Hersoq ilə görüşüb.

 

Modern.az xəbər verir ki, tərəflər iqtisadi, ticarət və investisiya əməkdaşlığının perspektivlərini, həmçinin elmi-texniki və digər qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılmasını müzakirə ediblər. 

 

Qeyd olunub ki, Hersoq yanvarın 30-da Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə BƏƏ-yə səfər edib. Bu, yəhudi dövlətinin rəhbərinin BƏƏ-yə ilk rəsmi səfəridir.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal