Modern.az

Son sutkada iki milyondan çox yoluxma olub

Son sutkada iki milyondan çox yoluxma olub

1 Fevral 2022, 08:34

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 2 milyon nəfərdən çox artıb.

 

Modern.az “Worldometers.info” saytına istinadən xəbər verir ki, ötən sutkada 2 milyon 54 min 952 nəfər koronavirusa yoluxub, 7649 nəfər pandemiyanın qurbanı olub. Bununla da yoluxanların sayı 377 milyon 796 min 834, ölənlər isə 5 milyon 691 min 280 nəfərə çatıb.

 

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (274 min 266 nəfər) ABŞ-da və ən çox ölüm faktı (1218 nəfər)  Hindistanda qeydə alınıb.

 

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (76,2 milyon), Hindistan (41,4 milyon), Braziliya (25,4 milyon), Fransa (19,1 milyon), Böyük Britaniya (16,4 milyon), Rusiya (11,8 milyon) və Türkiyədə (11,6 milyon) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal