Modern.az

Ermənistan parlamenti Sarkisyanın istefasını TƏSDİQLƏDİ

Ermənistan parlamenti Sarkisyanın istefasını TƏSDİQLƏDİ

1 Fevral 2022, 10:25

Ermənistan parlamentinin spikeri Alen Simonyan prezident Armen Sarkisyanın səlahiyyətlərinə xitam verilməsi haqqında protokol imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

 

Prezidentin istefasını əsas götürərək, Konstitusiyanın 142-ci maddəsinin, habelə Parlamentin reqlamentinin 147-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 2-ci bəndinin tələblərini rəhbər tutaraq, Prezident Armenin səlahiyyətlərinə xitam verilir”, - sənəddə deyilir.

 

Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. Bir həftə ərzində o, istefa ərizəsini geri götürməyib.

 

Parlamentin spikeri Alen Simonyan isə dövlət başçısının səlahiyyətlərini icra edib. İndi deputatların yeni prezidenti seçmək üçün minimum 25, maksimum 35 gün vaxtı var. Bu vəzifəyə namizədləri həm iqtidar, həm də müxalifət təklif edə bilər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal