Modern.az

Xaçatryanın Ermənistan prezidentliyinə namizədliyi TƏSDİQLƏNDİ

Xaçatryanın Ermənistan prezidentliyinə namizədliyi TƏSDİQLƏNDİ

1 Fevral 2022, 17:48

Ermənistanda parlamentin hakim “Mülki müqavilə” partiyasından olan deputatları yüksək tüxnologiyalar sənayesi naziri Vahan Xaçatryanın prezidenti vəzifəsinə namizədliyini təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə yerli KİV-ə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Simonyan deyib ki, müzakirə zamanı onun da prezidentliyə namizədliyi irəli sürülüb, lakin spiker namizədliyini geri götürməyə üstünlük verib.

Hazırda müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edən spiker Alen Simonyanın sözlərinə görə, namizədliklə bağlı əvvəlcə partiyanın idarə heyətində, sonra isə fraksiyada uzun müzakirələr aparılıb - Xaçatryanın namizədliyi bir neçə nəfər tərəfindən irəli sürülüb.

"Nəticədə bu qərar verildi. Onun niyə belə olduğunu bir sözlə söyləmək çətindir. İnanıram ki, keçdiyi yolu, dürüstlüyü nəzərə alaraq yaxşı namizəd seçiblər. O, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək", - Simonyan bildirib.

A.Simonyan hesab edir ki, Xaçatryan birinci turda seçilməyəcək, lakin ikinci turda bunu edəcəklər.

Qeyd edək ki, Vahan Xaçaturyan hazırda Ermənistanın yüksək texnologiyalar sənayesi naziri postunda çalışır.

O, 22 aprel 1959-cu ildə Sisiyan şəhərində anadan olub.

1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.

1982-1989-cu illərdə "Razdanmaş" İstehsalat Birliyində işləyib, 1989-1992 –ci illərdə "Mars" dövlət müəssisəsinin baş direktorunun müavini postunda çalışıb.

1990-1996 –cı illərdə İrəvan Şəhər Şurasının üzvü olub.

1995-1999 –cu illərdə Ermənistan parlamentinin deputatı olub.

1996-1998 –ci illərdə Ermənistan prezidentinin müşaviri postunu tutub.

2000-ci ildə “Armat” Demokratiyanın və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin təsisçi üzvü, 2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti olub.

2019-2021 –də “Armeconombank” ASC-nin İdarə Heyətinin üzvü olub.

2021-ci il avqustun 4-də Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri təyin edilib.

Ailəlidir, iki övladı var.


Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, mövcud Konstitusiya onun potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici və iqtisadi siyasətə, diasporla əlaqələrə təsir mexanizmlərinin yaradılacağı vəd edilib, lakin bu, baş tutmayıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal