Modern.az

Baş nazir Putini gərginliyi azaltmağa çağırdı

Baş nazir Putini gərginliyi azaltmağa çağırdı

1 Fevral 2022, 18:25

Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın Baş naziri Mario Draqi arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər bir sıra mövzuları, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

 

Draqi Putini gərginliyi azaltmağa çağırıb.

 

İtaliya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir ki, söhbət zamanı Draqi deeskalasiyanın vacibliyini vurğulayıb.

 

Tərəflər Avropada təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

 

Kremlin məlumatında qeyd olunur ki, Putin bununla bağlı Rusiya tərəfinin əsas yanaşmalarını açıqlayıb və təhlükəsizliyin bölünməzliyi prinsipinə riayət etməyin vacibliyini vurğulayıb.

 

Bundan əlavə, ticarət-iqtisadi və enerji sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal