Modern.az

Polşa və Ukrayna birgə qaz kəməri çəkməyi planlaşdırır

Polşa və Ukrayna birgə qaz kəməri çəkməyi planlaşdırır

1 Fevral 2022, 22:40

Varşava və Kiyev Ukraynaya nəql olunan qazın həcmini artırmaq üçün qaz kəməri çəkmək niyyətindədirlər. 

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski Kiyevdə Ukraynanın Baş naziri Denis Şmıxalla görüşdən sonra danışıb.

 

“Biz qərbdən şərqə doğru gücün genişləndirilməsi, yaxın gələcəkdə böyük həcmdə qaz ötürə biləcək qaz kəmərinin tikintisi haqqında danışdıq”, - deyə polşalı rəsmi bildirib.

 

Polşanın baş naziri həmçinin “Şimal axını 2”ni “Ukraynaya qarşı silah” adlandırıb. “Siz bir əlinizlə Ukrayna ilə həmrəylik nümayiş etdirə, digər əlinizlə “Şimal axını 2” üçün sertifikatlaşdırma sənədlərini imzalaya bilməzsiniz”, – deyə Moravetski Almaniya Federativ Respublikasına müraciət edərək bildirib.

 

Hazırda Polşa Ukraynaya 0,3 milyard kubmetrə qədər vəsait ötürə bilər. İki ölkə arasında qaz tutumunun genişləndirilməsi ideyası artıq bir neçə ildir ki, müzakirə olunur.

 

Bu gün Ukrayna ilk dəfə olaraq Macarıstandan fiziki qaz idxalına başlayıb. Ölkələr arasında əldə olunan razılaşma Ukraynaya gündə 8 milyon kubmetrədək təbii qazın nəqlinə imkan verir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal