ABŞ Prezidenti Co Bayden əlavə amerikalı hərbçilərin Şərqi Avropaya göndərilməsinə razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Qoşunların göndərilməsi yaxın günlərdə başlayacaq.
Məlumata görə, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında bir neçə min hərbçi yerləşdiriləcək.